"Valensiya” "Real”ın yarımmüdafiəçisi Daniel Sebalosa maraq göstərir.
Offsideplus.az xəbər verir ki, "Valensiya” futbolçu ilə bağlı "kral klubu”na rəsmi müraciət edib. Ancaq "yox” cavabı alıb.
Məlumata görə, "Real” rəhbərliyi yarımmüdafiəçinin İspaniya çempionatında oynamasının əleyhinədir. Daniel hazırda icarə əsasında "Arsenal”da çıxış edir.
Amma futbolçu mütəmadi olaraq meydana çıxmadığı üçün komandanı dəyişmək istəyir. O. cari mövsümdə Premyer Liqada 11 oyunda meydanda olub.
Danielin "Real”la müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.