İspaniya La Liqasında 21-ci turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, turun mərkəzi oyununda "Valensiya" "Barselona"nı qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xordi Alba avtoqolla yadda qalıb. İkinci qolu isə Massimiliano Qomez Kataloniya təmsilçisinin qapısından keçirib.