“Barselona”nın baş məşqçisi Ernesto Valverdenin istefaya göndəriləcəyi barədə İspaniya mətbuatında xəbərlər yayılıb.

Offsideplus.az xəbər verir ki, klubun direktoru Qilyermo Amor bu xəbərlərin həqiqətdən uzaq olduğunu açıqlayıb: “Bizə uzun mövsümü davam etdirmək lazımdır. Valverdenin istefasına gəlincə, belə bir məsələ yoxdur” .

Qeyd edək ki, yanvarın 13-də “Barselona”nın idarə heyətinin iclasının keçiriləcəyi, toplantıda 55 yaşlı mütəxəssisin klubda qalıb-qalmayacağı haqda qərar veriləcəyi iddia olunub.

Xatırladaq ki, "Barselona" İspaniya Super kubokunda "Atletiko"ya uduzaraq mübarizəni dayandırıb.