Yayda transfer bazarında aktivlik gözlənilir.
Offsideplus.az xəbər verir ki, "Real” "İnter”in futbolçusu Lautaro Martinesi almaq istəyir. "Kral klubu” bunun üçün plan qurub: Yoviç, Mariano və Beyl gedəcək. Benzema Martinesin əvəzləyicisi kimi qalır. Bu planla komandanın baş məşqçisi Zinəddin Zidanın da razılaşdığı bildirilir.
Argentinalının satış qiyməti 111 milyon avrodur. Bu məbləğ yalnız iyul ayının əvvəlində aktivləşə bilər.
Lautaro Martines digər İspaniya nəhəngi "Barselona"nın hədəfindədir. Katalon klubu Martinesi Suaresə əvəzləyici kimi görür.
Qeyd edək ki, "Real” qışda futbolçu transfer etməyəcək.