PSJ-nin forvardı Neymar 2020-ci ilin yayında "Barselona"ya keçə bilər.

 Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, kataloniyalılar mövsüm ərzində braziliyalının çıxış səviyyəsinə əsaslanaraq alış barədə qərar verəcəklər.

Bu yayda "Barsa" oyunçunu əldə etməyə çalışsa da, parislilər Neymarı buraxmaqdan imtina etmişdilər.

Gələn yay Neymar FİFA-nın tətbiq etdiyi qaydalardan faydalanaraq PSJ-dən ayrıla biləcək. "Oyunçuların Vəziyyəti və Keçidi Qaydaları" nda göstərilən maddəyə görə, oyunçunun 28 yaşı varsa və o üç və ya daha ili bir klubda keçirmək şərtilə, FİFA, oyunçunun kompensasiya müqabilində klubu tərk etmək hüququnu avtomatik olaraq tanıyır.

Neymarın kompensasiya məbləğinin 180 milyon avro olacağı bildirilir.