İspaniya La Liqasında yeni prezident seçkisi olub.
Offsideplus.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, Xavyer Tebas yenidən bu vəzifəyə seçilib.
Tebas La Liqanın başçısı vəzifəsinə yeganə namizəd olduğundan seçkilər alternativsiz əsasda keçirilib. 57 yaşlı Tebas növbəti dörd ilə La Liqanın prezidenti seçilib.
Tebas 2013-cü ildən La Liqanın başçısı postunu tutur.