Jan-Kler Todibo “Barselona”dan ayrılmağa hazırlaşır.

Offsideplus.az “Lequipe” nəşrinə istinadla xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə “Milan”, “Monako”, “Sauthempton”, “Bayer” və “Uotford” yaxından maraqlanır. 

Transfer dəyəri 25 milyon avro Todibonun yaxın zamanda qərarını verəcəyi gözlənilir.

Cari mövsümdə  “Barselona” forması ilə 3 oyuna çıxan Todibonun klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.