"Barselona" kapitanı Lionel Messi ilə yeni müqavilə imzalamaq istəyir.

Offsideplus.az xəbər verir ki, İspaniya mətbuatı Kataloniya klubunun nümayəndələri 32 yaşlı hücumçunun agenti ilə əlaqə saxladıqlarını yazıb. "Barselona" ulduz oyunçu ilə müqavilənin müddətini 2023-cü ilin iyununa qədər uzatmağı planlaşdırır.

 Messinin hazırkı müqaviləsi 2021-ci ilin iyununda başa çatacaq. Messi bir müddət əvvəl verdiyi açıqlamada karyerasını "Barselona"da bitirmək istədiyini açıqlayıb.