“Real” çox güman ki, yay fasiləsində futbolçusu Qaret Beyllə yollarını ayıracaq.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Xəbərdə uelsli futbolçunun da “kral klubu”ndan ayrılmaq istədiyi qeyd edilib. Madrid təmsilçisi Beyli 100 milyon avroya satmağa hazırdı. Uels millisinin üzvünün xidmətində “Tottenhem” və “Mançester Yunayted”in maraqlı olduğu deyilir.
Xatırladaq ki, 2013-cü ildən “Real”ın üzvü olan 28 yaşlı futbolçu cari mövsümdə heyətə düşməkdə çətinlik çəkir.
Beyl cari mövsümdə 18-i start heyətində olmaqla, 25 matçda şans qazanıb. Uelsli bu oyunlarda 10 qola imza atıb.