"Real Madrid" yay transfer pəncərəsində heyətinə qatacağı ilk transferin "Napoli"nin müdafiəçisi Kulibali olacağını müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, müdafiə xəttini gücləndirmək istəyən "Real Madrid" yenidən diqqətini yayda transfer etmək istədiyi Kulibaliyə yönəldib.
"Calciomercato"nun xəbərinə görə, İspaniya nəhəngi Koulibali üçün "Napoli"nin qapısını sürpriz təkliflə döyəcək.
"Real Madrid" Serxio Ramosun müqaviləsinin 2021-ci ildə bitməsi səbəbindən bu tranferi həyata keçirmək üçün əlindən gələni edəcək.
Heyəti yeniləmək istəyən "Napoli" prezidenti Aurelio de Laurentisin də büdcə yaratmaq üçün bu transferə müsbət yanaşdığı iddia olunur.