İspaniya La Liqasının XV turunda "Barselona" səfərdə "Atletiko"nun qonağı olub.

Offsideplus.az xəbər verir ki,  "Barselona"nın hücumçusu Antuan Qrizmann Madriddə keçirilən görüşdə sabiq komandasının azarkeşləri tərəfindən təhqir olunub. Yerli fanatlar "Qrizmann, öl!" şüarı səsləndirməklə yanaşı, "Hər zaman bir adın olmağını istədin, adı qazandın, amma insan olmağı unutdun!" yazılan pankart açıblar.

2014-2019-cu illərdə “Atletiko”da çıxış edən Qrizmann bu ilin yayında “Barselona”ya keçib.

"Atletiko" - "Barselona" matçıq onaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.