Madrid “Real”ı ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Rafael Varan sıradan çıxıb.

Fransalı futbolçu UEFA Çempionlar Liqasında PSJ-yə qarşı keçirdikləri oyunda (2:2) zədə alıb. Həkimlər onun bir müddət istirahət etməsinə qərar veriblər. Bu üzdən də Varanın İspaniya La Liqasının 15-ci turu çərçivəsində baş tutacaq “Alaves”lə oyunda iştirak etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, “Alaves” - “Real” oyunu noyabrın 30-da keçiriləcək.