"Real" daha bir futbolçusunu itirib.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Lukas Vaskes sıradan çıxıb. Tibbi müayinə zamanı İspaniya millisinin üzvünün sol ayağının baş barmağında sınıq aşkarlanıb. Ancaq hələlik onun bərpa prosesinin nə vaxta çəkəcəyi barədə məlumat yayılmayıb.

Qeyd edək ki, Lukas Vaskes bu mövsüm 7 oyunda iştirak edib, 1 qol, 1 assistlə yadda qalıb.