"Barselona" klubunun fransalı futbolçusu Antuan Qrizmann PSJ-yə keçə bilər.

Offsideplus.az xəbər verir ki, fransalı hücumçunun komanda yoldaşı Lionel Messi ilə pis münasibətləri elə həddə çatıb ki, o, Kataloniya klubundan ayrılmağa hazırdır. 28 yaşlı futbolçunun Paris klubunda oynamağa razı olduğu vurğulanıb.

Belə ki, bu proses gerçəkləşəcəyi təqdirdə, Qrizmannla PSJ-nin futbolçusu Neymarın dəyişdirilməsi mümkün ola bilər.