“Leqanes” klubunun yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisini Xavyer Aqirreyə çalışdıracaq. Meksikalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

"Leqanes" uğursuz çıxışlara görə ötən ay baş məşqçisi Maurisio Pelleqrinonu istefaya göndərmişdi. Komandanı isə müvəqqəti olaraq Luis Sembranos çalışdırırdı.

Qeyd edək ki, “Leqanes” hazırda La Liqada 5 xalla sonuncu pillədə qərarlaşıb.