Madrid "Real"ının əfsanəvi futbolçusu Quti baş məşqçilik fəaliyyətinə başlayıb.

Offsideplus.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssisin ilk peşəkar klubu Sequndada mübarizə aparan "Almeriya"dır. Tərəflər arasında müqavilənin şərtləri barədə məlumat verilməyib. Quti bu postda istefaya göndərilən Pedro Emanueli əvəzləyib.

Qeyd edək ki, Quti daha əvvəl "Real"ın gənclər komandasında və "Beşiktaş"da məşqçi kimi çalışıb.