“Atletiko”nun baş məşqçisi Diyeqo Simeone fevralın son günlərində 2 futbolçusunun “Dalian Yifanq” klubuna keçməsinə münasibət bildirib.

Offsideplus.az Goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəsis transfer pəncərələrinin vaxtında vahid reqlamentin olmasını təklif edib:

“Transfer pəncərəsi bütün ölkələrdə eyni vaxtda bağlansa, yaxşı olardı. Onda futbolçular, klub və məşqçilər özlərini daha rahat hiss edərdi. Karraskonun Çin klubunda məvacibi? Başqalarının işinə qarışmıram. Komandanın idman nailiyyətlərinə köklənmişəm və xoşbəxtəm. Karraskonun çox məvacib almasına yalnız sevinə bilərəm. Futbolda məni heç nə təəccübləndrmir. Belə qərarlar tez-tez qəbul edilir".