İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Andre Zambo-Anqissanın evi qarət olunub.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı müdafiəçinin evindən 100 min avro dəyərində zinyət əşyası oğurlanıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Vilyarreal” Anqissanı bu yay “Fulhem”dən 1 illik icarəyə götürüb.