La Liqanın prezidenti Xavyer Tebas çempionatın son turunda qəsdən sarı vərəqə alaraq cəzalı duruma düşməy cəhd edən “Barselona”nın hücumçusu Luis Suarez haqda danışıb. 

Offsideplus.az xəbər verir ki, o, uruqvaylı forvardın cəzalandırılmalı olduğunu bildirib:

“Luis Suarez qəsdən sarı vərəqə almağa çalışırdı. Buna görə də o, cəzalanmalıdır. Əgər Suares “Jirona” ilə görüşdə sarı vərəqə ilə cəzaansaydı, bu halda növbəti turda meydana çıxmayacaq, əvəzində “Atletiko” ilə görüşdə forma geyə biləcəkdi. 

Biz isə bu cür halları La Liqada görmək istəmirik. Əlimdən gələni edirəm ki, çempionatımızda saxtakarlıq olmasın”.