Son zamanlar uğursuz çıxışı ilə tənqid olunan “Barselona” baş məşqçisi Ernesto Valverde ilə yollarını ayıra bilər. 

Offsideplus.az xəbər verir ki, qısa zaman içərisində vəziyyət düzəlməsə, Kataloniya klubu Valverdeni vəzifəsindən göndərəcək. Artıq klubun baş məşqçiliyə əsas namizədi də bəllidir. Klub rəhbərliyi Valverde ilə yollarını ayıracağı halda, “River Pleyt”in baş məşqçisi Marselo Qallardonu “sükan arxasına” gətirməyi planlaşdırır. Katalonlar Qallardo ilə əlaqə saxlasa da, 43 yaşlı mütəxəssis “River Pleyt” Libertadores kubokunda iştirak etdiyi zaman klubdan ayrılmaq niyyətində olmadığını bildirib.

Argentinalı mütəxəssisin “River Pleyt”lə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.(komanda.az)