İspaniyanın "Real Madrid" klubunun futbolçusu Naço Fernandez uzun müddətlik sıradan çıxıb.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin II turunda evdə Belçika "Brügge"si ilə görüşdə zədələnən 29 yaşlı müdafiəçi 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq. İspaniyalı oyunçu bu qarşılaşmada sağ diz bağlarından xəsarət alıb.

Qeyd edək ki, "Real Madrid" - "Brügge" qarşılaşması 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Madrid təmsilçisi qrup mərhələsində iki oyuna 1 xal toplaya bilib.