İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Zinəddin Zidan postunu tərk edə bilər.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu"nun rəhbərliyi 47 yaşlı mütəxəssisin yerinə 3 namizədi nəzərdən keçirir.

Bunlar italiyalı Massimiliano Alleqri, portuqaliyalı Joze Mourinyo və komandanın sabiq kapitanı ispaniyalı Raul Qonsalesdir. 

Qeyd edək ki, Zinəddin Zidanın Fransada PSJ-yə uduzduqları (0:3) Çempionlar Liqasının qrup mərhələsinin I tur matçına görə komandadan göndəriləcəyi bildirilir. Alleqri son olaraq İtaliyanın "Yuventus" komandasının, Mourinyo isə İngiltərə "Mançester Yunayted"inin baş məşqçisi olub. Raul Qonsales isə hazırda "Real Madrid"in əvəzedici komandasında rəhbərlik edir. 

Xatırladaq ki, Z.Zidan 2016 - 2018-ci illərdə “Real Madrid”in baş məşqçisi kimi ardıcıl 3 dəfə Çempionlar Liqasının, 2 dəfə klublararası dünya çempionatının, UEFA Superkubokunun, La Liqa və İspaniya Superkubokunun qalibi olandan sonra öz istəyi ilə klubdan ayrılıb. Fransalı mütəxəssis bu ilin mayında yenidən baş məşqçi təyin olunub.