"Barselona" klubunun ulduz futbolçusu Luis Suares La Liqanın 4-cü turunda "Valensiya"ya qarşı oynaya bilər. 

Offsideplus.az xəbər verir ki, uruqvaylı hücumçunun ən geci çərşənbə gününə kimi komanda ilə məşqlərə başlayacağı gözlənilir. Beləliklə, o, "Valensiya"ya qarşı matça kimi hazır ola bilər.

Qeyd edək ki, Suares ölkə çempionatının 1-ci turunda "Atletik"lə görüşdə zədələnib.

Əlavə edək ki, "Barselona" - "Valensiya" oyunu sentyabrın 14-ü keçiriləcək.