İspaniyanın “Atletiko” klubunun hücumçusu Fernando Torresə Çindən cəlbedici təklif gəlib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Dieqo Simeone ilə münasibətləri qaydasında olmayan, Madrid klubunun yeni müqavilə bağlamaq istəmədiyi İspaniya yığmasının sabiq forvardı mövsümün sonunda komandanı tərk etməyə hazırlaşır. Belə bir vaxtda 34 yaşlı forvarda adı açıqlanmayan Çin klubundan sərfəli təklif irəli sürülüb. Belə ki, çinlilər ona bir mövsümdə 15 milyon avro verməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, Torres yetirməsi olduğu “Atletiko”da 2015-ci ildən çıxış edir. O, 2001-2007-ci illərdə də Madrid klubunun şərəfini qoruduqdan sonra “Liverpul”, “Çelsi” və “Milan” kimi nəhəng komandalarda forma geyinib.