Keylor Navas "Real"dan ayrılmaq istəyir.
Offsideplus.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, ikinci qapıçı olmaqdan məmnun olmayan kosta-rikalı qolkiper Madrid təmsilçisindən getmək istədiyini klub rəhbərliyinə bildirib.
Navasla PSJ-nin maraqlandığı iddia olunur.
Qeyd edək ki, "Real"ın baş məşqçisi Zinəddin Zidan 2019/2020 mövsümündə də komandanın əsas qapıçısı Tibo Kurtuanın olduğunu açıqlamışdı.