"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyonun "Bavariya"ya keçidi rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, Münhen klubu braziliyalını mətbuata təqdim edib.

Cari mövsümü Bundesliqa çempionunun heyətində icarə əsasında keçirəcək 27 yaşlı ulduz futbolçunun nömrəsi də müəyyənləşib. O, Aryen Robbenin gedişindən sonra boş qalan 10 nömrəli formanı seçib.

Qeyd edək ki, "Bavariya" icarə müqaviləsi kimi "Barselona"ya 8,5 milyon avro ödəyib. Almanlar gələn ilin yayında Koutinyonu 120 milyon avroya birdəfəlik transfer edə biləcək.