“Barselona”nın futbolçusu Rafinya Alkantara klubunu tərk etməyə hazırlaşır.
Offsideplus.az “Sport.es”ə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Valensiya”ya keçməyə yaxındır. “Barselona”nın ABŞ-dan qayıtdıqdan sonra bu keçidin açıqlanacağı bildirilir.
Qeyd edək ki, 2011-ci ildən “Barselona”da çıxış edən 25 yaşlı futbolçu ötən mövsüm “İnter”də icarə əsasında oynayıb.