İspaniyanın "Atletik" klubu hücumçusu İnaki Uillyamsla müqaviləni yeniləyib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı forvardla Bilbao təmsilçisinin yeni sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub. Uillyamsı transfer etmək istəyən klub 135 milyon avrosundan keçməlidir.
Qeyd edək ki, Qana əsilli ispaniyalı futbolçu 2012-ci ildən "Atletik"də çıxış edir.