“Atletiko”nun hücumçusu Fernando Torresin komandadakı taleyinə aydınlıq gəlib.
Offsideplus.az Qol.az-a istinadən xəbər verir ki, təcrübəli forvard mövsümün sonunda Madrid klubundan ayrılacaq.
Bunu İspaniya mətbuatına açıqlamasında “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib. Argentinalı mütəxəssis bildirib ki, “El-Nino” ləqəbli hücumçunun yayda başa çatacaq müqaviləsi uzadılmayacaq.
Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Torres 2001-ci ildə əsas komandada debüt edib. 6 il Madrid klubunun şərəfini qoruyan 33 yaşlı futbolçu daha sonra “Liverpul”a keçib. Karyerası ərzində “Çelsi” və “Milan” kimi klublarda da forma geyinən Torres 2015-ci ildə “Atletiko”ya qayıdıb.