“Atletiko”nun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda klubla müqavilə müddəti bitəcək Fernando Torres barədə fikir bildirib.
Offsideplus.az xəbər verir ki, İspaniya mətbuatında hücumçunun yayda komandanı tərk edəcəyi barədə iddialar var. “Hindular”ın baş məşqçisi Dieqo Simeonenin son açıqlaması bu iddiaları bir az da gücləndirib.
Belə ki, argentinalı mütəxəssis mətbuat konfransında jurnalistlərdən birinin “Qrizmannın komandada qalması üçün çox səy göstərdiz. Eyni şeyi Torresin də komandada qalması üçün edəcəksiz” sualına “yox” cavabını verib.
33 yaşlı forvard cari mövsümdə şans qazandığı 27 oyunda 5 qola imza atıb.