"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Pol Poqbanın böyük qardaşı Matia Poqba komandasını dəyişib. 

Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu Fransanın 3-cü divizion təmsilçisi "Tur"dan İspaniyanın 4-cü divizionunda çıxış edən "Mançeqo Syudad Real"a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.