İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ernesto Valverde komandanın yeni transferləriylə bağlı açıqlama verib.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, Frenki de Yonq, Neto və Antuan Qrizmannla bağlı danışıb:

“De Yonq keçən mövsüm “Ayaks”da mükəmməl işlər gördü. O, bizim gələcək üçün vacib layihəmiz olacaq. De Yonq uzun illərdir bizim oyun tərzimizə oxşar bir komandada iştirak edən səviyyəli futbolçudur.

Neto isə inamlı və çox təcrübəli bir qapıçıdır. O, Mark-Andre Ter Ştegenin mükəmməl alternativi olacaq.

Qrizmanna gəlincə, La Liqa təcrübəsi olan və bu xüsusiyyəti ilə komandaya uyğunlaşmaq baxımından de Yonqdan daha üstün bir futbolçudur. Ona çox güvənirik. Bu səviyyədə bir futbolçunun dəyərinin nə olduğunu bilirik və ondan eyni oyunu gözləyirik”.