"Real"ın futbolçusu Qaret Beyl Çin klublarının birindən fantastik təklif alıb.

Offsideplus.az-ın xəbərinə görə,  bu barədə "El Chiringuito" proqramında bildirilib.Adı açıqlanılmayan Çin klublarından birinin uelsli oyunçuya həftəsinə 1 milyon 300 min avro təklif etdiyi iddia olunub. Bu isə onun Madrid təmsilçisində qazandığı maaşdan iki dəfə çoxdur. Ancaq "Real"ın bu transferə qarşı olduğu vurğulanıb. Çünki çinlilər 29 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmaq istəyir. Madrid təmsilçisi isə Beyli pulsuz buraxmaq niyyətində deyil. Beyl özü isə Madrid klubundan təzminat almadan ayrılmağı düşünmədiyini açıqlayıb.