"Real" yeni mövsümün hazırlıqlarına start verib. 

 AS nəşrinin məlumatına görə, məşqin ilk günündə xoşagəlməz hadisə yaşanıb.

Belə ki, hücumçu Qaret Beyl klubun bazasına gələrkən Madrid klubunun azarkeşləri tərəfindən təhqirlərlə qarşılanıb. Ondan fərqli müdafiəçi Dani Karvahal alqış sədaları altında bazaya daxil olub. Azarkeşlər bununla Beyli komandada görmək istəmədiklərini göstəriblər.

Qaret Beylin yayda klubunu dəyişəcəyi gözlənilsə də, bu baş verməyib. Futbolçu müqaviləsindəki təzminat pulu ödənməsə, ehtiyatda qalmağa da razıdır.