“Allah elə etsin ki, İnyesta bundan sonra da uzun illər “Barsa”nın şərəfini qorusun”.

Offsideplus.az xəbər verir ki, “Barselona”nın futbolçusu İvan Rakitiç bu sözləri komandanın kapitanı Andres İnyesta barədə deyib.

Rakitiç İnyestanın komandadakı rolunu yüksək qiymətləndirib.

O, İnyestanı başqa komandada görmək istəmədiyini də bildirib:

“İnyestanın “Barsa”dan getməsindən çox qorxuram. Bunu qətiyyən istəmirəm. Biz İnyesta ilə həm meydanda, həm də meydandan kənarda xüsusi anlar yaşayırıq. O, mənim üçün xüsusi insan, əsl dostdu. Görürəm ki, İnyesta indi də futboldan zövq alır. O, ürəyini dinləyərək qərar verəcək. Mən isə onu daim dəstəkləyəcəm”.

iniesta-and-rakitic-1466484131-800.jpg