Madrid "Atletiko"sundan ayrılan Antuan Qrizmann "Barselona" ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. 

Offsideplus.az xəbər verir ki, fransalı hücumçu Kataloniya təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq. 28 yaşlı futbolçu "Barsa"da ilinə 16.7 milyon avro qazanacaq.

Qeyd edək ki, "Barselona" Qrizmanna görə "Atletiko"ya 120 milyon avro təzminat ödəyəcək.