“Atletiko” Madrid “Real”ının futbolçusu Xames Rodrigesi transfer etməyə çalışır. 

Offsideplus.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi də Madrid klubunda çıxış etməyə müsbət yanaşır. Lakin futbolçu gələcəyi ilə bağlı qərar verməyə tələsmir. Xameslə "Napoli" də yaxından maraqlanır.

Qeyd edək ki, 27 yaşlı futbolçu son iki mövsümü icarə əsasında “Bavariya”da keçirib