Madrid "Atletiko"sunun prezidenti Enrike Sereso futbolçusu Antuan Qrizmann haqda danışıb. 

Offsideplus.az xəbər verir ki, klub rəhbəri fransalı oyunçunun bu yay Madrid təmsilçisindən ayrılacağını açıqlamasına baxmayaraq, onun üçün rəsmi təklif almadıqlarını deyib:

"Barselona"dan Qrizmann üçün təklif almamışam. O, hara gedəcək, bilmirəm. Bununla bağlı heç bir fikrim yoxdur. Qrizmannın "Atletiko"da əla gələcəyi var idi. Qərarına hörmət edirik".

Qeyd edək ki, Kataloniya klubunun futbolçularının Qrizmannın transferinə qarşı olduğu iddia olunur.(qol.az)