"Yuventus”un hücumçusu Kristiano Ronaldo səxavəti ilə növbəti dəfə gündəmə gəlib.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı superulduz Ramazan ayı münasibəti ilə Fələstinə 1.5 milyon dollarlıq yardım edib. Həmin vəsaitin iftar yeməklərinə xərclənəcəyi bildirilir.
Qeyd edək ki, bu, Ronaldonun Fələstinlə bağlı ilk xeyirxah addımı deyil. O, 2014-cü ildə də sözügedən ölkəyə 2 milyon dollar bağışlamışdı.