Madridin "Atletiko" klubunun futbolçusu Antuan Qrizman karyerası ilə bağlı vacib qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı hücumçu mövsümün sonunda "Atletiko"dan ayrılacağını rəsmi şəkildə elan edib. Fransalı futbolçu klub rəhbərliyinə və azarkeşlərə öz minnətdarlığını bildirib: "Mən burada möhətəşəm 5 il keçirdim. Sizlər hər zaman qəlbimdə olacaqsınız. Yeni bir macəra üçün buradan ayrılmalıyam. Bütün azarkeşlərə və klub idarə heyətinə təşəkkür edirəm."
Qeyd edək ki, fransalı futbolçunu israrla heyətinə qatmaq istəyən "Barselona" Antuan Qrizamanın 120 milyon sərbəst qalma məbləğini ödəyəcək və onunla 5 illik müqavilə imzalanacaq.