"Barselona" klubu baş məşqçisi Ernesto Valverdeni istefaya göndərə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Bildirilir ki, komandanın ÇL-də mübarizəni dayandırmasından narazı olan klub rəhbərliyi bu mövsümün sonu ispan mütəxəssisin mümkün istefasını müzakirə edəcək. Qeyd olunub ki, 55 yaşlı çalışdırıcının "Barsa" ilə 2020-ci ilin iyununa kimi müqaviləsi olmasına baxmayaraq, o, klubu vaxtından əvvəl tərk edə bilər.
Qeyd edək ki, Valverde 2017-ci ildən Kataloniya təmsilçisinin baş məşqçisidir.