"Real"dan ayrılmaq istəyən Qaret Beylə sürpriz təkliflər var.
Offsideplus.az "Sunday Mirror"a istinadən xəbər verir ki, ulduz futbolçunu "Mançester Yunayted", "Tottenhem" və "Bavariya"dan başqa ABŞ, Çin və Səudiyyə Ərəbistanı klubları da istəyir.
Lakin uelsli futbolçunun tələb etdiyi maaş həmin klubları onun transferindən vaz keçirə bilər. Belə ki, Beyl ABŞ, Çin və Səudiyyə Ərəbistanı klublarında həftəlik 600 min avro maaş tələb edib. Bu isə illik 30 milyon avro deməkdi.
Qeyd edək ki, Beyl bu mövsüm oynadığı 26 matçda cəmi 8 qol vurub.