İspaniya La Liqasının rəhbərliyi “Puma” şirkəti ilə yeni sponsorluq müqaviləsi imzalayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə “Puma”nın marketinq bölməsinin direktoru Yohan Adamsson məlumat yayıb. La Liqada atıq yeni mövsümdən etibarən “Puma” toplarından istifadə olunacaq. Şirkətlə imzalanan müqavilənin detalları isə açıqlanmayıb.

La Liqada son 23 ildə “Nike” şirkətinə məxsus toplardan istifadə olunurdu.