"Atletiko"nun prezidenti Enrike Kerezo Antoine Qrizmannın transferi ilə bağlı açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, klub rəhbəri fransalı ulduzun komandadan getməyəcəyini bildirib:

"Qrizmannın müqaviləsi davam edir. Komandanın kapitanlarından biridi. Gəldiyi gündən komanda üçün əlindən gələnin ən yaxşısını edib. O, komandada qalacaq. 100 yox, 1000 faiz qalacaq".

Qeyd edək ki, Qrizmanın "Barselona" və ya "İnter"ə transfer oluna biləcəyi deyilir.(fanat.az)