"Real”ın futbolçusu Marselo mətbuatı ittiham edib.
Offsideplus.az xəbər verir ki, bir neçə gün əvvəl Marselo mətbuata verdiyi açıqlamada bildirmişdi ki, PSJ-nin futbolçusu Neymar nə vaxtsa “Real”da oynayacaq. Ancaq futbolçu bu məlumatı təkzib edib:
“Mən Neymarın “Real”da oynayacağını deməmişəm. Mən demişəm ki, ola bilsin, gələcəkdə bizim komandamızda oynasın.
Mənim fikirlərimi təhrif ediblər. Neymarla bu günlərdə danışmışam. Ancaq onunla futbol söhbətləri etməmişik”.
Son günlər İspaniya mətbuatı yazır ki, “Real”ın prezidenti Florentino Peres Neymarı transfer etməkdə israrlıdı.