"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo mövsümün sonunda komandasını dəyişə bilər.
Offsideplus.az xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçu komandadakı durumundan narazıdır.
Əsas heyətə düşməkdə çətinlik çəkən "sambaçı" uğrunda mübarizə artıq başlayıb. Birdən-birə 3 komanda - PSJ, "Çelsi" və "Mançester Yunayted" onun keçdi üçün "Barselona"ya müraciət edib. Kataloniya təmsilçisi də 26 yaşlı oyunçunu satmağın əleyhinə deyil.
Qeyd edək ki, Koutinyo "Barselona"ya ötən ilin yanvarında "Liverpul"dan keçib.