İspaniya Futbol Federasiyası 20 may - 15 sentyabr tarixləri arasında təşkil ediləcək rəsmi turnir matçlarının başlaması üçün müəyyən vaxt təyin edib.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar yerli vaxtla saat 19:30-a qədər (Bakı vaxtı ilə 22:30) başlamayacaq.
Bildirilib ki, qərar futbolçuların sağlamlıqlarının qorunması məqsədilə qəbul olunub.