Madrid "Atletiko"sunun fransalı hücumçusu Antuan Qrizmann yayda komandasını dəyişə bilər.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçuya "Mançester Yunayted" və "Bavariya" daha yaxından maraq göstərir. Qrizmannın Neymar və Kilian Mbappeni satacağı təqdirdə PSJ-yə keçəcəyi barədə də xəbərlər var.

Qeyd edək ki, 2014-cü ildən "Atletiko"da forma geyinən 27 yaşlı hücumçunun müqaviləsi 2023-cü ildə başa çatacaq.