“Barselona” klubunun futbolçusu Samuel Umtiti komandanı tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, Kataloniya klubu 25 yaşlı müdafiəçini satmağa hazırdı.
Fransa millisinin üzvü ilə “Manşester Siti” və “mançester Yunayted” maraqlanır. Onun “Barsa” ilə müqaviləsi 2023-cü ilin iyununa qədərdi.
Qeyd edək ki, 2016-cı ildən “Barselona”da çıxış edən Umtiti bu mövsüm La Liqada 10 oyunda iştirak edib.