"Mançester Siti" klubunun futbolçusu Rahim Sterlinq karyerasını "Real"da davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan 24 yaşlı hücumçunu komandasında görmək istəyir.

Sterlinqin İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2023-cü ilin iyununda başa çatır. Transfermarktdə oyunçunun qiyməti 120 milyon avro göstərilib.

Qeyd edək ki, ingilis futboçu bu mövsüm "Mançester Siti"də 39 matçda 19 qol vurub, 10 qolun ötürməsini verib.